05-11-2018 [14:44]
Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası giriş sözü ilə açan "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin 9 ayında ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub.
"Azərsu” ASC-nin sədri ötən dövrdə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Cari ilin fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Bununla da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya, 11-də isə su şəbəkələrinin inşası başa çatıb”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən içməli su çatışmazlığının müşahidə edildiyi 19 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 205 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 617 bulaq quraşdırılıb. İndiyədək 14 kəndə su verilib və 25 mindən çox sakininin içməli su problemi həllini tapıb. Bundan əlavə, dövlət başçısının "İstehlakçıların suölçən cihazlarla təmin edilməsi haqqında” sərəncamına uyğun olaraq işlər davam etdirilib.
"Azərsu” ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 818 km içməli su, 257 km kanalizasiya xətləri çəkilib, 24 ədəd subartezian quyusu qazılıb. Fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,8 faiz, Bakı şəhəri üzrə 81,5 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi isə 80,7 faizə yüksəlib.
Daha sonra "Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, Plan-iqtisad şöbəsinin rəisi Elçin Camalov, "Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Bildirib ki, bu ilin sonuna qədər kəndlərdə həyata keçirilən içməli su layihələri yekunlaşacaq. Gələn ilin əvvəlində isə bir sıra şəhərlərdə su və kanalizasiya layihələrinin icrası başa çatacaq. 2019-cu ildə Abşeron yarımadasında yeni su və kanalizasiya layihələrinin icrasına xüsusi diqqət yetiriləcək.
Səhmdar Cəmiyyətinin sədri Strateji Yol Xəritəsinə uyğun olaraq yeni regional sukanal idarələrinin yaradılması, iqtisadi səmərəliliyin artırılması, debitor borcların və enerji sərfiyyatının azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi, abonentlərə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi