Bu rayonlarında "ASAN-Xidmət" mərkəzləri açılacaq - SİYAHI

img

05-11-2018 [12:27]


 "2019-cu ildə Azərbaycanda "ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”.

Bunu "Report"a açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda ölkədə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Gələn il isə Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu 5 mərkəzin hər birinin tikintisi artıq başlayıb”.

Ü.Mehdiyev qeyd edib ki, mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA