ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə mindi - Trampdan bəyanat

img

05-11-2018 [12:08]


ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.

İslam Respublikası əleyhinə məhdudlaşdırıcı tədbirlər əsasən onu neft ixracına təsir göstərəcək.

Sanksiyalar barədə danışan ABŞ prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hazırkı sansksiyaların ən ağır sanksiyalar olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatına dağıdıcı təsir göstərməyə başlayıb. 

"İranın milli valyutası bir il ərzində 70% amortizasiyaya məruz qalıb, oktyabr ayının göstəricinə görə ölkədə inflyasiya 37% olub”, - deyə o, qeyd edib. 

İran prezidenti Həsən Ruhani də yeni sanksiyalara dərhal reaksiya verib. O, bəyan edib ki, ölkəsi neft ixracını davam etdirəcək və rəsmi Vaşinqtonu "peşiman edəcək". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA