Sumqayıtda qazıntı zamanı insan kəlləsi tapılıb

img

03-11-2018 [18:14]


Sumqayıtda qazıntı zamanı insan kəlləsi tapılıb.

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində dəmir yolu xətti ətrafında qaralmış naməlum insan kəlləsi aşkar edilib.

İnsan kəlləsi ərazidə qazıntı işləri aparılarkən üzə çıxıb. Ətrafda yaşayan insanlar tərəfindən hüquq-mühafisə orqanlarına məlumat verilib. Bakı və Sumqayıtdan olan ekspertlər ərazidə aşkar edilmiş insanın başının skeletini götürərək eksperteziya göndəriblər.

Yaxınlıqda yaşayan insanlar bildiriblər ki, ərazidə tikilmiş evlərin həyətlərinə vaxtı ilə qıraq yerlərdən çoxlu torpaq daşınaraq boşadılıb. Ehtimal edilir ki, insan kəlləsi həmin torpaqlara qarışaraq gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA