Trampdan İrana tətbiq olunacaq yeni sanksiya ilə bağlı bəyanat: "Dürüst danışıqlara dönməyə çağırırıq"

img

03-11-2018 [12:14]


ABŞ İranla bu ölkənin nüvə silahına sahib olmağına heç vaxt icazə verməyəcək yeni saziş imzalamağa hazırdır.

Bu barədə ABŞ Prezidenti Donald Trampın noyabrın 5-də İrana qarşı yeni sanksiya dalğasının tətbiq olunacağı ilə bağlı bəyanatında deyilir.

"ABŞ İranla onların nüvə silahına sahib olmaq yolunu birdəfəlik bağlayacaq, onların zərərli fəaliyyətlərinin bütün spektrinə cavab verəcək və İran xalqının layiq olduğu yeni, daha ətraflı sazişin imzalanması üçün açıqdır", - D.Tramp bildirib.

Prezident həmçinin qeyd edib ki, belə müqavilə bağlanmayana qədər bütün tarixi sanksiyalar qüvvədə qalacaq: "Rejimi nüvə ambisiyalarından imtina etməyə, destruktiv davranışlarını dəyişdirməyə, öz xalqının hüquqlarına hörmət etməyə, eləcə də dürüst danışıqlara dönməyə çağırırıq. Bu işdə müttəfiqlərimizin dəstəyinə güvənirik".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA