Bu bölgələrdə məktəblər bağlandı - Əlverişsiz hava şəraitinə görə

img

03-11-2018 [11:23]


İranın bəzi bölgələrində güclü qum qasırğası səbəbindən məktəblər bağlanıb. 
Bu barədə İranın Sistan və Bəluçestan vilayətinin təlim-təhsil idarəsinin informasiya və ictimai əlaqələr şöbəsinin müdiri Əli Muradi məlumat verib. 

Qurumun rəsmisinin bildirdiyinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar  İranın Zabil, Zəhək, Hirmənd, Hamun və Nimruz rayonlarında məktəblər fəaliyyət göstərməyəcək. 

Baş verən təbii fəlakətlə bağlı Sistan və Bəluçestanın Hava Proqnozları Bürosunun rəhbəri Qulamhüseyn Abidi məlumat yayıb. Onun sözlərinə görə, saatda 108 km sürətə çatan qum qasırğası Zabil rayonunda havanın normadan 14 dəfə artıq çirklənməsinə səbəb olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA