ABŞ-ın İrana qarşı dağıdıcı sanksiyası: 8 ölkə kənarda saxlanılacaq - 4 ölkənin adı açıqlandı...

img

02-11-2018 [19:49]


ABŞ Dövlət Departamenti noyabr ayının 5-də İrana qarşı tətbiq ediləcək daha böyük sanksiya ilə bağlı bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, bəyanatda Dövlət katibi Mayk Pompeoya istinadən 2015-ci ildə ləğv edilmiş sanksiyanın 3 gün sonra, yəni 5 noyabrda yenidən qüvvəyə minəcəyinə qərar verildiyi vurğulanıb.

Əlavə olunub ki,  8 ölkə müvəqqəti olaraq sanksiya qərarından kənarda saxlanılacaq. 

Bu barədə Türkiyənin enerji naziri Fatih Dönməz də açıqlama veirb: "Türkiyənin İrana tətbiq ediləcək yeni sanksiya qərarından kənarda tutulacağı haqda ABŞ--dan bizə bizə də məlumat gəlib. Ancaq detallara haqda əlimizdə hələlik məlumat yoxdur. Pompeo tərəfindən bizə belə məlumat verilməsi məmnunedicidir".

"Bloomberg"in xəbərinə görə, Türkiyədən başqa, Cənubi Koreya, Yaponiya və Hindistan da noyabrın 5-dən qüvvəyə minəcək dağıdıcı sanksiya qərarından kənarda saxlanılacaq: "Digər 4 ölkələrin adı isə bazar ertəsi rəsmən açıqlanacaq".

Onu da qeyd edək ki, 8 ölkə arasında Azərbaycanın da adının olacağı gözlənilir. Bu, Boltonun Bakı səfərində də müzakirə olunub. Və müsbət qərar verilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA