Hava Qüvvələrinin yeni hərbi hissəsinin açılışı oldu - VİDEO

img

02-11-2018 [16:14]


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə müsbət təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı zenit-raket komplekslərinə baxış keçirib və HHQ-nin Döyüşü İdarəetmə Mərkəzində olaraq komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA