"Nazirlər dekabrda görüşəcək, həmin toplantıda..." - Rus həmsədrdən Qarabağla bağlı açıqlama

img

02-11-2018 [15:24]


Bakı ilə Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir”.

"RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

"Ümidvarıq ki, gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcək. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimad tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”, – rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milan görüşündə müzakirə olunacağının nəzərdə tutulduğunu bildirmişdi/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA