MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasıda 18 sənəd imzalanıb

img

02-11-2018 [13:56]


 Qazaxıstanın paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumət Başçıları Şurasının iclası çərçivəsində müxtəlif əməkdaşlıq sahələrinə dair 18 sənəd imzalanıb.

"Report” TASS-a istinadən xəbər verir ki, arlarında nüvə və ya radiasiya qəzası halında qarşılıqlı yardım sazişinin də olduğu sənədlər enerji maşınqayırması, məlumatlar mübadiləsi, tullantıların idarə edilməsi, humanitar məsələlər, əqli mülkiyyətin, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq haqqındadır.

Eyni zamanda MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında 2019-cu ildə müştərək hava müdafiə sisteminin yaradılması və inkişaf etdirilməsinə maliyyə ayırmaq haqqında da qərar verilib. Bununla yanaşı, birgə kosmik tədqiqatlar aparılması da məqsəduyğun sayılıb. MDB qurumlarının 2019-2020-ci illər üçün vahid büdcəsi, birliyin fəaliyyətinə dair başqa hüquqi və maliyyə sənədlər razılaşdırılıb.

Qeyd edək ki, Azərbaycanı iclasda Baş nazir Novruz Məmmədov təmsil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA