AMEA prezidenti: "Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün komissiya yaradılacaq"

img

01-11-2018 [16:34]


"Bu günlərdə Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün komissiya yaradılacaq".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, Mikayıl Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün çox böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, qalıqların M.Müşfiqə aid olub-olmamasına gəldikdə, bunu DNK analizinin tədqiqi və elmi araşdırmalar deyə bilər: "Güman edirəm ki, yaradılacaq komissiya bu məsələ üzrə fəaliyyətin nəticəsini ortaya olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumlara göstəriş verib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA