Mədət Quliyev komissiya üzvlərinə narazılığını bildirdi: "Bir-birinizlə əlaqələriniz zəifdir..."

img

01-11-2018 [14:07]


Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev komissiya üzvlərinə tapşırıqlar verib.

"Report”un xəbərinə görə, M.Quliyev deyib ki, komissiya üzvləri daha ciddi şəkildə işləməlidirlər: "Dövlət Komissiyasının fəaliyyəti qənaətbəxş hesab edilsə də, Komissiyanın sədri kimi tələblərim var. Əsas narazılığım odur ki, komissiya üzvlərinin bir-biri ilə əlaqələri zəifdir. Biz başa düşməliyik ki, burada insan taleyindən söhbət gedir”.

Komissiya sədri qeyd edib ki, Ermənistan beynəlxalq oyunçular tərəfindən istifadə edilir, Azərbaycan isə Ermənistanın törətdiyi əməlləri dünya ictimaiyyətinə çatdırır: "Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ermənilərin kim olduğu üzə çıxır. Əminəm ki, ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad ediləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA