Həmsədrlər Bakıya gəldi - Səfərin qrafiki

img

01-11-2018 [11:01]


Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəliblər.

Mia.az "Report"a istinadən xəbər verir ki, noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ) Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə qoşunların təmas xəttindəki vəziyyət, gərginliyin azaldılmasının, həmçinin danışıqlar prosesinin aktivləşdirilməsi və sonrakı addımların təmin olunması üzrə məsələlər müzakirə ediləcək.

Səfər zamanı həmçinin bu ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşünün keçirilməsi məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, oktyabrın 29-da vasitəçilər Ermənistanda görüşlər keçiriblər.

Həmsədrlər oktyabrın 31-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ağdam rayonu istiqamətində  monitorinqdə iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA