Yeni rəis kollektivə təqdim olundu - Fotolar

img

31-10-2018 [21:54]


Oktyabrın 31-də Azərbaycan prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin olunmuş hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Mia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-mayoru İqbal Babayev Qulu Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

İqbal Babayev Qulu Novruzovun fəaliyyətindən söz açaraq, onun təhsil sahəsində böyük yol keçdiyini bildirib və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İ. Babayev Dövlət Gömrük Komitəsinin Akademiyasının daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Qulu Novruzov ona göstərilən yüksək etimada görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA