Çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə veriləcək - Əmlakların qeydiyyatı ilə bağlı yenilik

img

31-10-2018 [11:11]


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir layihəyə start verir.

Bu barədə "Report”a Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə əldə ediləcək.

Başqa sözlə, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar. Bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA