30-10-2018 [18:47]
Son illərin statistikasını izləyərkən məlum olur ki, ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik nümunəvi ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.
Mia.az-a verilən məlumata görə, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi bu problemin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir.
Ötən gün Gəncə şəhərində sözügedən layihə çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda gənclərin iştirakı ilə debat keçirilib.
Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Lakin insanların həyatında ailə vacib rol oynayır. Odur ki, ölkəmizdə bu institutun qorunub saxlanması və inkişaf etdirilməsi olduqca vacibdir.
"Ölkəmizdə dağılan hər bir ailə, növbəti ailə cinayətlərinə təşnədir. Ona görə də biz ailələrin dağılmaması üçün onun sağlam özüllər üzərində inşa edilməsini arzulayırıq. Əgər cütlüklər qurduqları ailələri qoruyub saxlaya bilmirlərsə, onda sivil şəkildə boşana, hətta boşandıqdan sonra belə normal münasibətlər saxlaya, övladlarını birlikdə böyüdə bilərlər” – deyən QHT sədri bugünkü cəmiyyətimizin ailələrimizin güzgüsü olduğunu ifadə edib.
"Bizim üstünlük verdiyimiz klassik ailə modeli odur ki, orada ailənin ən böyük üzvündən tutmuş ən kiçiyinədək hər kəs öhdəsinə düşən funksiyaları yerinə yetirsin, ailənin rifahı üçün əlindən gələni etsin, onun üzvlərinə hörmət və qayğı göstərsin, ailənin sevincini və kədərini birgə yaşasın, mövcud qaydalara sadiq qalsın. Çünki sağlam ailə olmadan sağlam cəmiyyət qurmaq çox çətindir. Ailə institutu nə qədər mükəmməl olarsa, orada tərbiyə olunan insanlar nə qədər ali hisslərlə yaşayarsa, təkcə öz rifahı üçün deyil, həm də ailəsinin və cəmiyyətin rifahı üçün çalışarsa, ətrafdakı insanlara sevgi və anlayış göstərərsə, onların formalaşdırdığı cəmiyyət də bir o qədər mükəmməl olar” – deyə Ü.Abdullayeva bildirib.
Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqlara qədər ətraflı bəhs edib. O, respublikamızın ikinci ən böyük şəhəri olan Gəncədə debat təşkil etməklə, bu tarixi şəhərin sakinlərinin diqqətini müasir ailələrin problemlərinə yönəltmək istədiklərini bildirib.
Ü.Abdullayeva Gəncənin tarixən ailə dəyərlərinə sadiq bir şəhər olduğunu vurğulamaqla yanaşı, son zamanlar ailədaxili münaqişələrin sayının artmasına, bir sıra ailə cinayətlərinin müşahidə edilməsinə də diqqət çəkib.
Gəncədəki 5 saylı orta məktəbin müəllimi Almaz İsayeva qeyd edib ki, hazırda ailələrdəki problemin çoxu mobil tətbiqlər, sosial şəbəkələr vasitəsilə əlaqə imkanlarından qaynaqlanır. Onun sözlərinə görə, yeniyetmələr əks cinsin nümayəndələri ilə virtual yazışmalara daha çox vaxt sərf edirlər: "Bu isə erkən evliliklərə, ailələrdə xoşagəlməz münaqişələrə və onların dağılmasına gətirib çıxarır".
Tədbir iştirakçıları bu aktual mövzunu gündəmə gətirdiyi üçün "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinə təşəkkür edib. Belə maarifləndirici tədbirlərin ölkənin hər yerində keçirilməsinin, KİV-də geniş işıqlandırılmasının vacib olduğunu vurğulayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi