30-10-2018 [16:30]
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Mia.az Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 22.02.2018-ci il tarixli aərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin təmiri və istifadəyə verilməsi üzrə hazırlıq işləri, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
İclasda həmçinin qeyd olunan sərəncamının icrası çərçivəsində Naxçıvan MR-da insanların hüquqi yardıma çatımlılığının təmin edilməsi, ucqar yaşayış məntəqələrində yaşayan əhaliyə keyfiyyətli hüquqi yardımın çatdırılması məqsədilə Naxçıvan MR-nın Vəkillər Kollegiyasına nəqliyyat vasitəsinin alınıb verilməsi barədə qərar qəbul olunub.
Bundan başqa bildirilib ki, Azərbaycanın bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus satın alınıb. Həmin mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil ediləcək.
Bundan başqa, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən dövlət qulluğuna keçmək ilə əlaqədar, fəaliyyəti dayandırılmış vəkillərin dövlət qulluğunda olduqları dövrdə üzvlük haqlarının ödənilməsi barədə qərar qəbul olunub.
Daha sonra ölkədə səmərəli vəkillik fəaliyyətinin təşkili, o cümlədən vəkillik haqqında qanunvericiliklə tənzimlənməyən məsələlərin həlli məqsədilə Vəkillər Kollegiyasının üzvlərinin rəyləri nəzərə alınmaqla ilk dəfə olaraq "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, "Elektron vəkil kabinetindən istifadəyə dair”, "Vəkil kabinetinin yaradılmasına dair”, "Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” və "Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydaları qəbul olunub və yaxın günlərdə adıçəkilən qaydaların Kollegiyanın rəsmi internet səhifəsində yerləşdirilməsinin zərurəti bildirilib.
Vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə qeyd olunmalıdır ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlər onların iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamayacaqlar. Onlar imtahanda iştirakla bağlı özlərinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermələrini öz imzaları ilə təsdiq etməklə ərizə-anket formasını təqdim edəcəklər. Bundan sonra yazılı test imtahanı mərhələsini keçən namizədlərdən aidiyyəti sənədlərin təqdim edilməsi Sənəd Qəbulu Komissiyası tərəfindən tələb olunacaqdır.
Bundan başqa, kollegiyada yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək "Xəzər Consulting”, "Faiq Nağıyev və partnyorları”, "Alyans” vəkil büroları, Bakı şəhəri 23, 25 və 26 saylı vəkil büroları, o cümlədən Astara rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunub.
Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin, habelə "Advokat” futbol komandasının bu günlərdə Ukraynada keçirilmiş vəkillər arasında futbol turnirində qələbə qazanması münasibətilə komanda üzvlərinin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
İclasda vəkillər barəsində başlanılıb, 21 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 1 il müddətinə və mülki-prosessual və vəkillik haqqında qanunvericiliyin tələblərini pozaraq, vəkil üçün müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 6 ay müddətinə dayandırılması ilə bağlı qərər qəbul olunub. Həmçinin 1 vəkilə töhmət, 1 vəkilə xəbərdarlıq verilib, 12 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi