İnzibati Xətalar Məcəlləsi dəyişdi - 600 manatadək cərimə

img

30-10-2018 [14:03]


Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.

Məcəlləyə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, "Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA