Prezident İlham Əliyev Sahle-Uork Zevdeyə məktub göndərdi - Mətn

img

30-10-2018 [12:00]


Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə təbrik məktubu ünvanlayıb.

Mia.az Prezidentin rəsmi saytına istinadən həmin məktubun mətni təqdim edir:

"Hörmətli xanım Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Efiopiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Efiopiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA