Sabiq deputat xaricdən telefon aldı, ölkəyə gətirə bilmədi: "Gömrük komitəsi ləğv olunmalıdır..."

img

29-10-2018 [17:05]


"Amazon.com-dan telefon almışam, bağlamanı camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib..bir həftədir anbarda durur".

Mia.az xəbər verir ki, bu sözləri keçmiş deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.

Sabiq deputat qeyd edib ki, indicə ona daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik: "Çünki Gömrük komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, bunu mən bəyannamə verib, pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur, dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiz. Ki, satıcıya çatdıraq, ya da45 gündən sonra bağlamanız məhv ediləcək".

Sabiq deputatın sözlərinə görə, bütün belə əndrabadi qaydalara görə Gömrük komitəsi ləğv olunmalıdır: 

"Hazırda  Gömrük komitəsi ilə daşıyıcı şirkəti məhkəməyə vermək üçün bu sahədə ixtisaslaşmış vəkil axtarıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA