Rəsmi Paris “Dağlıq Qarabağ respublikası”nı tanımır - Səfirlikdən açıqlama

img

29-10-2018 [14:09]


"Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və onların ailələrinə, eləcə də çoxsaylı məcburi köçkünlərə bir daha səmimi hisslərini ifadə edir".

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Fransa şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərinə gəldikdə, Fransanın mövqeyi aydındır və birmənalıdır: "Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da bunu bir daha xatırladıb ki, Fransa "Dağlıq Qarabağ respublikası”nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət fransız hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil".

Açıqlamada, həmçinin vurğulanıb ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA