Bakı Şəhər İcra Hakimiyyətində dəyişiklik - Abutalıbovun kadrının vəzifəsi kiçildildi

img

29-10-2018 [10:05]


Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov baş nazirin müavini Hacıbala Abutalıbovun yaxın kadrlarından birinin vəzifəsini kiçildib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmrinə əsasən Nailə Polad qızı Məmmədova meriyanın mətbuat katibi vəzifəsindən azad edilərək, həmin şöbədə baş mütəxəssis təyin edilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA