Gürcüstanda seçki: "exit-pollar"ın nəticələri açıqlandı - İkinci tur olacaq?

img

28-10-2018 [20:45]


Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.

 "Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

"Exit-poll"a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.

"Exit-poll"u "Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.

Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb. Partiyanın sifariş etdiyi "exit-poll"u "Psycho-Project” təşkilatı həyata keçirib.

Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA