Gürcüstanda prezident seçkilərində səsvermə davam edir - Əsas mübarizə üç namizəd arasında gedir

img

28-10-2018 [11:35]


 Gürcüstanda prezident seçkilərində səsvermə keçirilir.

Mia.az "Report"a istinadən xəbər verir ki, bülletenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı var.

Ekspertlərin sözlərinə görə, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedir. Səsverməni 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyir. Səsvermə prosesini 125 KİV-dən 2000-dən çox jurnalist işıqlandırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA