Ərdoğan, Putin, Merkel və Makron İstanbulda toplandı, Suriya ilə bağlı birgə mesaj verdilər - TAM VİDEO

img

27-10-2018 [23:51]


Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin iştirakı ilə Suriya zirvəsi keçirilib.

Mia.az xəbər verir ki, bir saatdan çox davam edən zirvənin sonunda Ərdoğan, Putin, Makron və Merkel  birgə konfransı keçirib, mühüm açıqlamalar veriblər.

İlk olaraq söz alan Türkiyə Prezidenti Ərdoğan deyib ki, zirvənin keçirilməsində əsas məqsəd Suriyada ataşəkəsin, axan qanın dayandırılmasına nail olmaqdır: "Bu gün Suriyanın ərazi bütövlüyünə, İdlib razılaşmasına olan sadiqliyimizi bir daha təsdiqlədik. Həmçinin ilin sonuna kimi Suriyada Konstitusiya Komitəsinin yaradılmasını, suriyalı qaçqınların evlərinə qayıtmasını müzakirə etdik. Beynəlxalq toplum artıq  biganəliyə son verib, bu problemə ciddi diqqət ayırmalıdır.  Suriyada böhranın həll yolu  BMT-nin fəaliyyətindən keçir. Suriyada Konstitusiya Komitəsi bu ilin sonuna qədər tam formalaşmalı və orada demokratik seçkilər keçirilməlidir. Əks halda Suriyadakı vəziyyət daha da pisləşəcək...”.

Mia.az 4 ölkə liderinin birgə mətbuat konfransının videosunu tam şəkildə təqdim edir:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA