Qaraçuxur qəsəbəsində Neftçilər parkı əsaslı təmir edilir

img

27-10-2018 [13:04]


Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri rayonun daxili imkanları hesabına davam etdirilir.

Parkın ərazisində su şəbəkəsi qurulmuş və işıqlandırma layihələri hazırlanmış, yaşıl çəmən əkilmiş, tamet daşları döşənmiş, ərazidən keçən yüksəkgərginlikli elektrik xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuş və yeni Kompleks Transformator Məntəqəsinin tikintisinə başlanılıb.

Hazırda parkda fəaliyyət göstərən qeyri-yaşayış obyektləri ərazidən köçürülərək, uşaq, idman və futbol meydançalarının layihələndirilməsi, eləcə də işıqlandırma sisteminin quraşdırılması üçün hazırlıq işləri aparılır.

Ahılların istirahətinin təşkil üçün parkda "Veteranlar guşə”sinin tikintisinə başlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA