"Münaqişənin dinc yolla həlli tərəflərin..." - Zaxarovadan Qarabağ açıqlaması

img

25-10-2018 [21:49]


"Hər ölkə müstəqil siyasətini yürüdür. Başqa ölkələrin öz diplomatik əlaqələrini necə qurmalarının Rusiyaya aidiyyəti yoxdur”.

Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya səfərindən sonra Cənubi Qafqaza gəlməsinə dair sualı cavablandırarkən deyib.

C.Boltonun Dağlıq Qarabağ məsələsinə dair mülahizələrini şərh edən Rusiya rəsmisi onlarla tanış olmadığını qeyd edib: "Bununla belə, biz hesab edirik ki, münaqişənin dinc yolla həlli, əlbəttə ki, istər ATƏT-in Minsk qrupu iştirakçılarının, istərsə də münaqişə tərəflərinin mənafeyinə uyğundur”.

Bu gün Bakıda açılan VI Beynəlxalq Humanitar Forumunu da şərh edən Rusiya XİN nümayəndəsi deyib: "İkitərəfli humanitar əlaqələrin, habelə çoxtərəfli əməkdaşlığa rəvac verən əlaqələrin bu səviyyəyə çatmasını və belə nəticələr verməsini yalnız alqışlamaq olar”.

Xatırladaq ki, bu gün Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb. Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. 2010-cu ildən təşkil olunan forumun təşəbbüskarları Azərbaycan və Rusiya prezidentləridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA