Sahil Babayev şəhid ailələrinə veriləcək ödənişlərdən danışdı: "Ödənişlər hissə-hissə olacaq"

img

25-10-2018 [16:35]


"Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər gəlir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir: "Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq".
 
Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA