"ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər" - Elmar Məmmədyarov

img

25-10-2018 [13:43]


 "ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər".

Bunu xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin sonuna qədər daha bir görüşünün keçirilməsi nəzərdə tutulub: "Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA