Vladimir Putin: "Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda müzakirə olunan mövzular əhəmiyyətlidir"

img

25-10-2018 [10:45]


 Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına ünvanladığı məktubu oxunub.

"Report" xəbər verir ki, məktubu Rusiya Federasiyası Hökumətinin sədri müavini Olqa Qolodetsin səsləndirib.

Məktubda deyilir: "VI Bakı Humanitar Forumunun qonaqları Forumun açılışı münasibətilə sizləri salamlayıram. Artıq VI dəfədir ki, Bakı bu foruma ev sahibliyi edir.

Burada müzakirə olunan mövzular əhəmiyyətlidir. Burada müxtəlif aktual məsələlərin müzakirəsi, təhsil, informasiya təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Forumun iştirakçılarına ən xoş arzularımı çatdırmaq istəyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA