Prezident İlham Əliyev Nquyen Fu Çonqa məktub ünvanlayıb - Mətn

img

24-10-2018 [18:28]


Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının prezidenti Nquyen Fu Çonqa təbrik məktubu ünvanlayıb.

Mia.az həmin məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı yolunda fəaliyyətinizdə uğurlar diləyirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA