24-10-2018 [17:21]
Prezident İlham Əliyev bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır.
Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib və bu işğalın nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Ermənistanın bu işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əyani bir sübutdur. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnamələr qəbul edib. Bu qətnamələrə məhəl qoymayan Ermənistan isə status-kvonun saxlanılmasına və beləliklə, vəziyyətin dondurulmasına çalışır ki, bu da qəbuledilməzdir".
Dövlət başçısı qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcək.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir və ölkəmiz bu yaxınlarda bu əməliyyatlarda iştirak edən hərbçilərinin sayını 120 nəfərə qədər artırıb ki, bu da Qətiyyətli Dəstək missiyasına töhfəmizin yaxşı göstəricisidir: "Azərbaycan, eyni zamanda, bu əməliyyatlara mühüm nəqliyyat və logistik dəstəyi də verir".
Digər sahələrdə əlaqələrə toxunan dövlət başçısı qeyd edib ki, ABŞ-ın bir çox şirkətləri uzun illərdir investor və podratçı qismində Azərbaycanda enerji və qeyri-enerji sektorlarında uğurlu fəaliyyət göstərirlər: "Energetika sahəsində Azərbaycan ilə ABŞ arasında yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir ki, bunun da nəticəsində nəhəng qlobal layihələr reallaşır. Bu da öz növbəsində regional inkişafa öz töhfəsini verir".
Prezident İlham Əliyev bildirdi ki, bu layihələr sırasında "Cənub Qaz Dəhlizi” layihəsi böyük önəm daşıyır: "40 milyard dollar həcmində və Avropanın ən böyük infrastruktur layihəsi olan bu layihə başa çatmaq üzrədir və bu, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə və regional sabitliyə öz töhfəsini verəcək".
Dövlət başçısı "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Con Boltonun ölkəmizə səfərinə Azərbaycan tərəfinin böyük önəm verdiyini qeyd edərək bu səfərin iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Qəbula görə minnətdarlığını bildirən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana ilk səfərindən məmnunluq hissi keçirdiyini qeyd edib və ölkəmizə bundan sonra da səfər edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanla münasibətlərin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayan Con Bolton siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə də əlaqələrin önəminin artdığını bildirib. Azərbaycanın dünyanın çox strateji hissəsində yerləşdiyini qeyd edən Con Bolton Azərbaycana səfəri zamanı əlaqələrimizin hazırkı vəziyyəti, beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlərlə bağlı məsələləri müzakirə etmək niyyətində olduqlarını deyib.
İqtisadi əməkdaşlığa toxunan Con Bolton qeyd edib ki, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq ABŞ hökuməti Azərbaycanla enerji sahəsində, eləcə də başqa istiqamətlərdə, o cümlədən beynəlxalq terrorizm, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmindədir.
Con Bolton Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd edib ki, ABŞ tərəfi bu məsələnin Azərbaycan tərəfi üçün ən yüksək prioritet təşkil edən məsələ olduğunu yaxşı anlayır və bildirib ki, onun səfərinin əsas məqsədlərindən biri də bu münaqişənin həlli ilə bağlı vəziyyətin Azərbaycan tərəfindən necə dəyərləndirilməsi barədə daha ətraflı məlumat almaqdan ibarətdir.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib, iki ölkə arasında gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi