Ər-Riyad rejimi konsulluğun bağçasındakı quyuda axtarışa icazə vermədi - Jurnalistin cəsədi hardadır?

img

24-10-2018 [15:17]


Jurnalist Camal Xaşuqcinin İstanbuldakı Baş konsulluqda öldürüldüyünü 18 gün sonra etiraf edən Səudiyyə Ərəbistan rejimi konsulluğun bağçasındakı quyuda axtarış aparılmasına icazə verməyib.

Mia.az bildirir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi xəbər yayıb.

Bildirilib ki, iki dəfə konsulluqda axtarış aparan türk polisləri bağçada olan quyuda axtarış aparmaq istəsə də, Səudiyyəli yetkililər buna rəsmən icazə verməyib.

Xatırladaq ki, dünən dünyanın məşhur mətbu orqanları jurnalistin cəsədinin konsulluğun bağçasındakı quyudan olduğunu iddia edən xəbərlər yayıblar.  

Qeyd edək ki, bir neçə gün əvvəl "Röyter"ə danışan adının açıqlanmasından imtina edən səudiyyəli yetkili Camal Xaşuqcinin ölümündən sonra onun meyitinin xalçaya bükülərək, arxa qapıdan çıxarıldığını deyib. Əlavə edib ki, onun cəsədi yerli bir adama təhvil verilib.

Dünən isə Türkiyə prezidenti Ərdoğan "Cəsəd hardadır? Həmin yerli adam kimdir? Bunu açıqlamalısınız", - deyə Ər-Riyad rejiminə səslənib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA