Trampın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana gəldi - Nələr müzakirə olunacaq?

img

24-10-2018 [11:36]


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.

"Report" xəbər verir ki, səfər zamanı C.Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcəyini bildirib.

C.Bolton Cənubi Qafqaza gəlməmişdən əvvəl Rusiyada səfərdə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA