Bu deputatlara yeni vəzifə veriləcək

img

24-10-2018 [10:45]


Milli Məclisin (MM) oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.

Mia.az report-a istinadən xəbər verir ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

Bu iki deputat parlamentin komitə sədrinin müavini təyin olunacaqları təqdirdə, onların maaşları da artırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA