22-10-2018 [18:57]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyalar 20 mlrd. dolları ötəcək və bu investisiyalar Türkiyəyə böyük fayda verdiyi kimi Azərbaycana da fayda gətirəcək, Azərbaycan böyük gəlir əldə edəcək.
Mia.az "Report”a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "CNN Türk” kanalına müsahibəsində bildirib. O vurğulayıb ki, Azərbaycan və Türkiyə ayrılmazdır və SOCAR özünü Türkiyədə yad hiss etmir.
R.Abdullayev bildirib ki, 100% dövlətə məxsus olan SOCAR-ın ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir.
"Ona görə ən böyük işlərimizi, investisiyalarımızı qardaş Türkiyəyə etməliyik və onu böyük enerji habına çevirməliyik”,- SOCAR prezidenti vurğulayıb.
O xatırladıb ki, 2008-ci ildə SOCAR 2,040 mlrd. dollar ödəyərək özəlləşdirmədə "Petkim”i (51%) alıb və bundan sonra Türkiyədə investisiyalara başlayıb. "Biz "Petkim”i alanda liman inşası, neft emalı zavodunun inşası, böyük təsis yaradılması kimi böyük planlarımız var idi. "Petkim”ə 7-8 ildir ki, hər il 100 milyonlarla dollar investisiya yatırırıq. 2011-ci ildə STAR neft emalı zavodunun tikintisinə başladıq. O zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə zavodun təməlini qoydular və onlar tez zamanda zavodu açacaqlarına inandıqlarını bildirdilər. İndi mən qürur duyuram ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə 7 ildən sonra bu təsisin açılışını həyata keçirir. Bu layihə Türkiyədə tək nöqtəyə ən böyük investisiyadır. Artıq bu layihələrlə Türkiyədə ən böyük xarici investor olmuşuq. STAR işə düşdükdən sonra dövriyyəsi ildə 6-8 mlrd. dollar olacaq və neft məhsullarının idxalında Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq. STAR həm də Türkiyədə sənayenin inkişafında böyük rol oyandı. Təkcə zavodun tikintisi zamanı burada 20 min nəfər çalışıb, 2 700 şirkət işlərə cəlb edilib, ən əsası 2008-ci ildə Əliağada 80 min nəfər yaşayırdısa, bu gün burada 180 min nəfər yaşayır. Burada yeni şəhər yaradılıb. Əliağa indi "Petkim”ə birləşib. Bu, Türkiyənin iqtisadiyyatına, sənayeyə böyük təkan verib”,- SOCAR prezidenti əlavə edib.
O, artıq TANAP-la Türkiyəyə qaz verilməyə başlanıldığını, Avropaya qaz veriləcək hissənin gələn il başa çatdırılmasının nəzərdə tutulduğunu, Egey dənizinin ən dərin limanı "Petlim” limanı layihəsinin həyata keçirildiyini xatırladıb.
SOCAR prezidenti layihələrin bununla bitmədiyini, yeni neft-kimya layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, "Petkim”in Türkiyənin neft-kimya sektorunda bazar payı 25% təşkil edir: "İnvestisiyası 3 mlrd. dollar nəzərdə tutulan Aromatiklər fabrikinin inşası ilə Türkiyənin neft-kimya sektorunda bazar payımız 45%-ə çatacaq”.
SOCAR prezidenti bunun Türkiyənin cari kəsirini bir neçə milyard dollar azaldacağını vurğulayıb.
R. Abdullayev bildirib ki, enerji çatışmazlığı yaşayan Türkiyə bu layihələrin həyata keçirilməsi ilə artıq təkcə enerji istifadəçisi deyil, həm də enerji mərkəzinə çevrilir və bu da gələcəkdə enerji xərclərinin azalmasına böyük yardım edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi