Azərbaycanda 3 gün iş olmayacaq - Hökumətdən qərar

img

22-10-2018 [14:10]


 Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur/Report.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA