Azərbaycanda 15-17 yaşında abort edən qadınların sayı artıb - ŞOK STATİSTİKA

img

22-10-2018 [11:24]


Azərbaycanda ötən il ölü doğulanlar da daxil olmaqla 142,7 min (2016-cı ildə 158,1 min) doğuş qeydə alınıb.

"Report” xəbər verir ki, həmin müddətdə 37,618 min nəfər (2016-cı ildə 34 569 min) abort etdirib.

Abortların ümumi sayından 12,3 mini (2016-cı ildə 10,5 min) mini-abortların payına düşüb.

Eyni zamanda, abort edilənlər arasında 15-19 yaşlı qadınların sayı 1605 (2016-cı il 1 261), onlardan da 15-17 yaşında olanlar 46 nəfər (2016-cı il 19), 18-19 yaşlı olanlar isə 1 559 nəfər (2016-cı il 1 242) təşkil edib.

Həmçinin, 9 583 nəfər 20-24 yaşlı, 11 706 nəfər 25-29 yaşlı, 9 856 nəfər 30-34 yaşlı, 4 868 nəfəri isə 35-49 yaş arasında qeydə alınıb.  

Bundan başqa, dərman vasitələri ilə aparılan abortların sayı isə 385 nəfər (2016-cı ildə 60 nəfər) təşkil edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA