Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı - RƏQƏMLƏR

img

19-10-2018 [14:34]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcəsi üçün nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

Gəlir və xərcləri əks etdirən rəqəmlər "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəlir və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilmişdi.

Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən əhaliyə pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq/modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA