Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

19-10-2018 [12:51]


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 20-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA