18-10-2018 [18:21]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.
Mia.az Azərtac-a istinadən bildirir ki, görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın "Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatini Bakıda görməkdən şad olduğunu bildirib.
Mehriban Əliyeva qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini bildirərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən Birinci vitse-prezident əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb.
"Əminəm ki, Bakıya səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər gələcəkdə ölkələrimiz arasındakı potensialdan daha səmərəli istifadə etməyə imkan yaradacaq”, - deyən Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu vurğulayıb.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya Senatının sədri bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacağını söyləyib. İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə gəldiyini bir daha qeyd edən qonaq müxtəlif sahələrdə qurulan əlaqələrdən məmnunluğunu ifadə edib. Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana səfərinin xüsusilə siyasi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafına kömək edəcəyini diqqətə çatdırıb.
"Sizin İtaliyaya marağınız və sevginiz bizi qürurlandırır”, - deyən qonaq Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirib.
Görüş çay süfrəsi arxasında davam etdirildi. Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati "Milan Ekspo 2015” Ümumdünya sərgisində nümayiş etdirilən milli pavilyonumuza baxıblar.
"Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyonda ölkəmizin mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə "Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialının və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən "Milan Ekspo” sərgisində pavilyonumuzda 3 milyon 250 mindən çox izləyici olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz "Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu "Milan Ekspo 2015”in Təşkilat Komitəsi tərəfindən "Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir.
Milli pavilyonla tanışlıqdan məmnunluğunu bildirən İtaliya Senatının sədri onun şəhərimizə xüsusi gözəllik verdiyini vurğulayıb.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi