Baş nazirdən sərt qərar - İki şöbə müdiri işdən çıxarıldı, dövlət qulluqlarına xitam verildi

img

18-10-2018 [15:09]


Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən azad edib.

Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə verilən əmrə qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda,  onun dövlət qulluğuna xitam verilib.

Baş nazirin digər əmri ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. Eyni zamanda, onun da dövlət qulluğuna xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA