Sürüşmə zonasında uçqunlar baş verir - Qərargah

img

17-10-2018 [10:56]


Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan Mia.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib: "Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir".

Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA