16-10-2018 [19:28]
"Əvvəllər birdəfəlik ödəməni almadıqlarını iddia edən bir qrup şəhdin vərəsənin, əslində, bu ödəməni aldıqları sənədlər əsasında təsdiqini tapıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında bildirilib ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə sənədlərin qəbulu prosesi davam etdirilir:
"Bununla belə, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ötən dövrdə müvafiq Sığorta ödənişi edilmiş və bu səbəbdən hazırda birdəfəlik ödəməni almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər bir çox instansiyalara, o cümlədən Milli Məclisə şikayət xarakterli müraciətlər edirlər. Nazirlik tərəfindən bütün bu müraciətlərin hər birinə diqqətlə yanaşılaraq qeydiyyata götürülməklə, aidiyyəti qurumlarla birgə müvafiq araşdırmalar həyata keçirilir.
Bir qrup şikayətçinin müraciətlərinin araşdırılması zamanı vərəsələri olduqları şəhid hərbi qulluqçulara görə onların indiyədək heç zaman sığorta ödənişi almadıqları barədə iddialarının əsassız olduğu müəyyən edilib. Belə ki, həmin vərəsələrə hələ 1990-cı illərdə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müvafiq sığorta ödənişinin həyata keçirildiyi sığorta ödənişinin alınmasına hüquq verən sənədlər əsasında təsdiqini tapıb".
Bununla əlaqədar tərtib olunmuş cədvəl mətbuat konfransında təqdim edilib.
Qeyd edilib ki, sığorta ödənişini almadıqlarını iddia edən digər bir sıra vərəsələrlə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) "Birdəfəlik ödəmə” bölməsində şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilir və şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.
Nazirlik rəsmiləri bildiriblər ki, bu və ya digər şəhid hərbi qulluqçunun vərəsəsinə illər öncə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilibsə, bölmədə sorğunun nəticəsi kimi bu məlumat qeyd olunur və həmin şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun olmadığı bildirilir/Azərtac.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi