Qəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək - Qanun qəbul olundu

img

16-10-2018 [14:50]


Qəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək.

Bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, "Bələdiyyələrin statusu haqqında" qanuna əsasən, qəbiristanlıqların salınması müavafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən həyata keçirilir:

"Burada "müvafiq icra hakimiyyəti" deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1 ci maddəsinə edilən dəyişikliyə əsasən, cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA