Suraxanıda daha 200 ağac əkildi

img

13-10-2018 [20:04]


Suraxanı Rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirilir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Əmircan qəsəbəsində Balandin küçəsinin, Bülbülə qəsəbəsində isə Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilmişdir.

Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.

100 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 200-dən artıq ağac əkilmişdir.

Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA