MN rəhbərliyi cəbhədə: "Azərbaycan ordusunun qış mövsümünə hazırlığı yoxlanılır"

img

11-10-2018 [12:05]


Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini - MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar: "Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA