Eldar Əzizovdan Qüdrət Şükürovun yerinə təyinat - Meriyada növbəti dəyişikliklər

img

10-10-2018 [16:34]


Bir neçə gün öncə işdən çıxarılan Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun yerinə təyinat olub.

Mia.az unikal.orga- istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinın başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinə direktor təyin edilib.

Bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Xalid Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

***

BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə Ayaz Hüseynov təyin edilib(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA