Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edildi - Dələduzluq və rüşvətvermə

img

10-10-2018 [16:23]


Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanovun barəsində cinayət başlanıb.

O, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.

Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyib. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. 

Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ittiham irəli sürülüb/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA