Gömrük işçiləri barədə 3 cinayət işi açılıb - İstintaq davam edir

img

09-10-2018 [14:15]


Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşları barədə hüquqi qiymət verilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.

Mia.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Baş İdarə rəisi qeyd edib ki, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur.

"Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”, - K.Əliyev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA